Gəncədə ər arvadını məhkəmə binasının qarşısında qətlə yetirib - YENİLƏNİB - TƏFƏRRÜAT

Gəncədə ər arvadını məhkəmə binasının qarşısında qətlə yetirib - YENİLƏNİB - TƏFƏRRÜAT Gəncə. 5 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində məhkəmənin önündə baş verən qətlin təfərrüatı məlum olub.
Hadisə
5 Sentyabr , 2018 12:11
Gəncədə ər arvadını məhkəmə binasının qarşısında qətlə yetirib - YENİLƏNİB - TƏFƏRRÜAT

Gəncə. 5 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində məhkəmənin önündə baş verən qətlin təfərrüatı məlum olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, Gəncə şəhər sakini, 23 yaşlı Aytac Aslan qızı Tağıyeva həyat yoldaşından boşanmaq üçün məhkəməyə gedərkən orada əri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onların bir azyaşlı övladı var idi.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. ***11:51

Gəncə. 5 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində məhkəmənin qarşısında bıçaqlanan gənc qadın xəstəxanada ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, məhkəməyə gələn hələlik adı məlum olmayan gənc qadın əri tərəfindən bıçaqlanıb.

Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına  çatdırlıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


***11:27

Gəncə. 5 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində gənc qadın küçədə qbıçaqlanıb.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə məhkəmə binasının qarşısında qeydə alınıb. 

Belə ki, adı məlum omayan gənc qadın naməlum kişi tərəfindən bıçaqlanıb.

Yaralı ətrafdakıların köməyikliyi ilə ağır vəziyyətdə xəstəxanaya çatdırlıb. 



Son xəbərlər

Orphus sistemi