Gəncədə Endokrinoloji xəstəxanada yanğın olub - YENİLƏNİB

Gəncədə Endokrinoloji xəstəxanada yanğın olub - YENİLƏNİB Gəncə. 9 yanvar. REPORT.AZ/ Gəncə şəhərində xəstəxanada baş verən yanğın zamanı tibbi personal və müalicə alan xəstələr təxliyyə edilib.
Hadisə
9 Yanvar , 2019 10:26
Gəncədə Endokrinoloji xəstəxanada yanğın olub - YENİLƏNİB
Report

Gəncə. 9 yanvar. REPORT.AZ/ Gəncə şəhərində xəstəxanada baş verən yanğın zamanı tibbi personal və müalicə alan xəstələr təxliyyə edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Endokrinoloji Xəstəxanada baş verən yanğının səbəbi elektrik qısqapanmasından olub.

Hadisə zamanı xilas edicilirər, xəstəxananın həkim və tibbi personalı birlikdə oarda müalicə alan xəstələrin təxliyyə edilməsinə başlayıblarş 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Yanğın zamanı xəsarət alan olmasada xəstəxananın tibbiçlərindən bir neçəsinin halı pisləşib və onlar təcili tibbi yardım maşınları ilə şəhərdəki özəl klinikalardan birinə çatdırılıblar. İlkin  məlumata görə tüstüdən 4 nəfər tibb işçisi zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib və səhətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 9:13

Gəncə. 9 yanvar. REPORT.AZ/ Gəncə şəhərində xəstəxanada yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Endokrinoloji Xəstəxanada hələlik bilinməyən səbəbdən yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşın və briqadası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər görülür.

Əlavə məılumat veriləcək.

Son xəbərlər

Orphus sistemi