Gəncə şəhərində əl qumbaraları və partladıcı aşkar olunub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, aprelin 10-da Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Gəncə şəhəri, N.Nərimanov küçəsi 1-ci döngə, ev 5, mənzil 21-in zirzəmisində 3 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Məlumatın gecə saatlarında daxil olmasını və ərazinin zirzəmi olmasını təhlükəsizlik baxımından nəzərə alaraq, ərazi DİN-in Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb, əməliyyat-axtarış tədbirləri növbəti gün davam etdirilib.
Aprelin 11-də Agentliyin mütəxəssisləri Kəpəz Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Gəncə regional bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.