Gəncə. 14 mart. REPORT.AZ/ GFəncə şəhərində dəmiryolu deposunda meyiti tapılan şəxsin kimliyi məlum olub.
"Report"un Qərb bürosu xəbər verir ki, meyit Gəncə şəhər sakini, 1956-cı il təvəllüdlü Rafiq Alı oğlu Qurbanova məxsusdur.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
***11:21
Gəncə. 14 mart. REPORT.AZ/ Gəncə şəhərində dəmiryolu deposunda meyit tapılıb.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdşalrı və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Meyitin kimə məxsus olması və hansı səbəbdən ölməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırmlara başlanılıb.