Yuxarı
    Bağlamaq

    Gəncədə dəmir qapı ustaların üstünə aşıb, 2 nəfər yaralanıb

    Onların vəziyyəti orta-ağırdır

    Gəncə. 15 yanvar. REPORT.AZ/ Gəncə şəhərində təmir zamanı baş verən bədbəxt hadisə nəticəsində iki nəfər xəsarət alıb.

    "Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Türklər qəsəbəsində evdə aparılan təmir işləri zamanı həyət evinin qapısını qoyarkən ehtiyatsızlıqdan ağır dəmir qapı ustaların üzərinə aşıb.

    Gəncə şəhər sakini, 1971-ci il təvəllüdlü Yusifov Eldəniz və onunla birgə işləyən 1965-ci il təvəllüdlü Rəhimov Nurəddin müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi