Gəncə. 18 yanvar. REPORT.AZ/ Gəncə şəhərində fəaliyyət göstərən çay evlərindən birində yanğın baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk Prospekti 254 ünvanında yerləşən ikimərtəbəli çay evinin birinci mərtəbəsində baş verib.
Məlumata görə, yanğının söndürülməsinə 4 yanğınsöndürən maşın cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda yanğının qarşısını almaq istiqamətində tədbir görülür.
Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.