Gəncə şəhərində biri qadın olmaqla 2 nəfər bıçaqlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1958-ci il təvəllüdlü Eldar Firudin oğlu Əliyev və onun qonşusu, 1991-ci il təvəllüdlü Elvira Elman qızı Hüseynova bıçaqlanıb.
Müxtəlif dərəcəli bıçaq xəsarətləri alan hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
İlkin məlumatlara görə, onların hər ikisi E.Hüseynovanın qaynı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
*** 12:13
Gəncə şəhərində iki nəfər bıçaqlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nİzami rayonu ərazisində baş verib.
Belə ki, naməlum şəxs biri qadın olmaqla iki nəfəri bıçaqlayaraq qaçıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.