Gəncədə bir ailənin 3 üzvünü avtomobil vurub

Gəncədə bir ailənin 3 üzvünü avtomobil vurub Gəncə. 5 noyabr. REPORT.AZ/ Gəncə şəhərində bir ailənin 3 üzvünü maşın vurub.
Hadisə
5 Noyabr , 2018 15:13
Gəncədə bir ailənin 3 üzvünü avtomobil vurub
0 : 00
0 : 00

Gəncə. 5 noyabr. REPORT.AZ/ Gəncə şəhərində bir ailənin 3 üzvünü maşın vurub. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Abbas Səhhət küçəsində baş verib.

Belə ki, Samux rayonunun Hacıallı kənd sakinləri - 1957-ci il təvəllüdlü Tanrıverdi Əhməd oğlu Musayev, onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Maya Xəlil qızı Musayeva və gəlinləri, 1992-ci il təvəllüdlü Pəri Fəxrəddin qızı Musayevanı yolu keçmək istəyərkən avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti kafi, digərlərinki isə normal qiymətləndirilir.

Qəzanı törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi