Gəncədə bıçaqlanan 28 yaşlı gənc xəstəxanada ölüb - YENİLƏNİB

Gəncədə bıçaqlanan 28 yaşlı gənc xəstəxanada ölüb - YENİLƏNİB Gəncə. 25 dekabr. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanan gənc xəstəxanada ölüb.
Hadisə
25 Dekabr , 2018 00:41
Gəncədə bıçaqlanan 28 yaşlı gənc xəstəxanada ölüb - YENİLƏNİB

Gəncə. 25 dekabr. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanan gənc xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, xəstəxanaya yerləşdirilən, göstərilən tibbi yardımlara baxmayaraq, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi barədə hələ ki, məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.


***22:35

Gəncə. 24 dekabr. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin "Gəj zavodu" adlanan ərazisinin yaxınlığında baş verib.

Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlu hələ ki, bilinməyən səbəbdən bıçaqlanıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Cərrahiyə əməliyyatı olunan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, daha əvvəl Gəncədə ər arvadını bıçaqlayıb.

Son xəbərlər

Orphus sistemi