Gəncədə 27 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb

Gəncədə 27 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb Zaur Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib
Hadisə
21 Avqust , 2017 23:12
Gəncədə 27 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb

Gəncə. 21 avqust. REPORT.AZ/ Gəncədə bıçaqlanma hadisəsi olub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib.

Belə ki, Gəncə sakini, 1990-cı il təvəllüdlü Məmmədov Zaur Vidadi oğlu mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdilirilib və əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi