Gəncədə bıçaqlanma hadisəsi baş verib

Gəncədə bıçaqlanma hadisəsi baş verib Fariz Rəhimovun çoxsaylı bıçaq xəsarətləri alıb
Hadisə
10 Noyabr , 2017 00:29
Gəncədə bıçaqlanma hadisəsi baş verib

Bakı. 10 noyabr. REPORT.AZ/ Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"Report"un qərb bürosu xəbər verir ki, hadisə Gəncə şəhərində, Atatürk prospektində baş verib.

Şəhər sakini, 1985-ci il Rəhimov Fariz Fazil oğlu çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil.

Məlumata görə, o, əvvəllər də bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi