Gəncədə qumar oyunu zamanı bıçaqlanan şəxs xəstəxanaya gedərkən qəzaya düşüb - YENİLƏNİB

Gəncədə qumar oyunu zamanı bıçaqlanan şəxs xəstəxanaya gedərkən qəzaya düşüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
20 Avqust , 2017 23:15
Gəncədə qumar oyunu zamanı bıçaqlanan şəxs xəstəxanaya gedərkən qəzaya düşüb - YENİLƏNİB

Gəncə. 20 avqust. REPORT.AZ/ Gəncədə baş verən hadisənin təfərrüatı məlum olub. "Report"un Qərb bürosunun məlumatına görə, qumar oyunu zamanı 10 manat üstündə dava düşüb. Nəticədə Sərdar Məmmədov Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Azər Həmzə oğlu Ələsgərovu döyüb. Bu zaman Azərin həyat yoldaşı Məmmədovu qarın nahiyəsindən bıçaqlayıb. Hadisədə döyülən A.Əsgərov da xəstəxanaya yerləşdirilib. Onun həyat yoldaşı isə saxlanılıb.


*** 22:55

Gəncə. 20 avqust. REPORT.AZ/ Gəncədə sürücü yaralı halda idarə etdiyi avtomobillə qəzaya düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. 1976-cı il təvəllüdlü Gəncə şəhər sakini Sərdar Mahmud oğlu Məmmədov yığıncaqda mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb. O öz avtomobilinə oturaraq xəstəxanaya yollanıb. Onu Goranboy rayon sakini, 1963-cü il təvəllüdlü Mehriban Hidayət qızı Məmmədova da müşaiyət edib.

Dövlət nömrə nişanı “22 BJ 376” olan avtomobildə idarəetməni itirən yaralı S.Məmmədov yol kənarındakı divara çırpılıb. Nəticədə sürücü və qadın sərnişini ağır xəsarət alıb. Hazırda bıçaqlanan S.Məmmədov əməliyyata götürülüb, qəzada yaralanan M. Məmmədova isə travmotologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi