Gəncədə baş vermiş zəncirvari yol qəzasında xəsarət alanların kimlikləri məlum olub - YENİLƏNİB

Gəncədə baş vermiş zəncirvari yol qəzasında xəsarət alanların kimlikləri məlum olub - YENİLƏNİB Gəncə. 14 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində baş vermiş zəncirvari avtomobil qəzasında xəsarət alanların kimlikləri məlum olub.
Hadisə
14 Oktyabr , 2018 21:24
Gəncədə baş vermiş zəncirvari yol qəzasında xəsarət alanların kimlikləri məlum olub - YENİLƏNİB
Report

Gəncə. 14 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində baş vermiş zəncirvari avtomobil qəzasında xəsarət alanların kimlikləri məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin şərq çıxışında "QAZ-53" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. 

Yoldan keçən bir neçə sürücü avtomobillərini saxlayaraq qəzaya düşən şəxsə kömək etmək istəyib. Bu zaman "Bakı-Gəncə" xətti üzrə işləyən "Mercedes" markalı avtobus qarşısındakı "Mercedes" markalı 2 minik avtomobilinə çırpılıb. Zərbənin gücündən həmin avtomobillər də digər maşınlara dəyib. 

Qəza zamanı avtobusda olan sərnişinlərdən xəsarət alan olmasa da, minik maşınlarında olan 3 nəfər - Əliyev İlqar İsmayil oğlu (1967), Şirani Hüseyn Zahid oğlu (1993) və Verdiyeva Nərmin Alim qızı (1998) xəsarət alıblar. Yaralılar xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Daha bir neçə nəfərə isə hadisə yerində ambulator yardım göstərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


***19:43

Gəncədə 6 avtomobilin iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin girişində qeydə alınıb.

Bakı-Gəncə marşrut xətti üzrə sərnişin daşıyan avtobus da daxil olmaqla, üç "Mercedes", bir "Nissan" və "QAZ-53" markalı avtomobillər toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. 

Yaralılardan bir necəsi xəstəxanaya yerləşdirilib. Digərlərinə hadisə yerində tibbi yardım göstərilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı-Quba yolunda da zəncirvari qəza baş verib.

Son xəbərlər

Orphus sistemi