Gəncə. 1 dekabr. REPORT.AZ/ Gəncədə avtomobil qəzasında xəsarət alan qadın yerləşdirildiyi xəstəxanada ölüb.
“Report”un Qərb bürosunun verdiyi məlumata görə, şəhərin Şah İsmayıl Xətai prospektində hərəkətdə olan “BMW”, “Mercedes” və iki “VAZ” markalı avtomobillər toqquşub. Qəza zamanı Gəncə sakini, 1957-ci il təvəllüdlü Süleymanova Solmaz Cəfər qızı ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə yerləşdirilib. Lakin göstərilən tibbi yardıma baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
*** 16:51
Gəncə. 1 dekabr. REPORT.AZ/ Gəncə şəhərində 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, “BMW”, “Mercedes”, "VAZ-2106” və "VAZ-2107" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində sakini, "VAZ"da olan qadın sərnişin, şəhər sakini, 1957-ci il təvəllüdlü Süleymanova Solmaz Cəfər qızı ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.