Gəncədə avtomobilləri cızan şəxs tutuldu

Gəncədə avtomobilləri cızan şəxs tutuldu Martın 2-də Gəncə şəhəri ərazisində şəhər sakini E.Abdullayevə məxsus “Mercedes” markalı avtomobilin qəsdən cızılaraq sahibinə maddi ziyan vurulması barədə Nizami (Gəncə) Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub
Hadisə
3 Mart , 2021 12:23
Gəncədə avtomobilləri cızan şəxs tutuldu
0 : 00
0 : 00

Martın 2-də Gəncə şəhəri ərazisində şəhər sakini E.Abdullayevə məxsus “Mercedes” markalı avtomobilin qəsdən cızılaraq sahibinə maddi ziyan vurulması barədə Nizami (Gəncə) Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini E.Kərimov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun Gəncə şəhər sakinləri - A.Hüseynova və S.İsmayılova məxsus “Toyota” və “KİA” markalı avtomobillərə ziyan vurması da müəyyən edilib.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi