Gəncədə avtomobillərdən oğurluq edən şəxslər tutulub

Gəncədə avtomobillərdən oğurluq edən şəxslər tutulub Faktla bağlı Kəpəz RPİ-də araşdırmalara başlanılıb
Hadisə
10 Noyabr , 2016 12:47
Gəncədə avtomobillərdən oğurluq edən şəxslər tutulub

Bakı. 10 noyabr. REPORT.AZ/ Gəncə şəhərində oğurluqla məşğul olan şəxslər tutulub. "Report"un məlumatına görə, naməlum şəxslər şəhər sakinlərinə məxsus avtomobillərdən müxtəlif vaxtlarda akkumlyator və maqintafon oğurlayıb.

Kəpəz (Gəncə) Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakinləri Vüqar İsmayılov və Vüsal Hüseynov tutulub. 

Faktla bağlı Kəpəz RPİ-də araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi