Gəncədə avtomobilin vurduğu ahıl kişi xəstəxanada ölüb - YENİLƏNİB

Gəncədə avtomobilin vurduğu ahıl kişi xəstəxanada ölüb - YENİLƏNİB Gəncə. 7 yanvar. REPORT.AZ/ Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət almış 1936-cı il təvəllüdlü Əjdər Vəliyev xəstəxanada dünyasını dəyişib.   
Hadisə
7 Yanvar , 2018 12:35
Gəncədə avtomobilin vurduğu ahıl kişi xəstəxanada ölüb - YENİLƏNİB

Gəncə. 7 yanvar. REPORT.AZ/ Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət almış 1936-cı il təvəllüdlü Əjdər Vəliyev xəstəxanada dünyasını dəyişib.   

"Report"un Qərb bürosu xəbər verir ki, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həkimlərinin köməyinə baxmayaraq, Ə. Vəliyevin həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Ə. Vəliyev dünən yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. 

Faktla bağlı araşdırma aparılır.


***20:30

Gəncə. 6 yanvar. REPORT.AZ/ Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, 1936-cı il təvəllüdlü Əjdər Vəliyev yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi