Gəncədə avtomobil ustası müştərisinə xəsarət yetirib

Gəncədə avtomobil ustası müştərisinə xəsarət yetirib Gəncədə avtomobil ustası mübahisə zəminində müştərisinə xəsarət yetirib
Hadisə
149
1 Aprel , 2021 13:51
Gəncədə avtomobil ustası müştərisinə xəsarət yetirib
0 : 00
0 : 00

Gəncədə avtomobil ustası mübahisə zəminində müştərisinə xəsarət yetirib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Gəncə şəhər ərazisində yerləşən avtomobil sexlərinin birində baş verib.

Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Emin İsmayılovla avtomobilini təmir edən usta arasında ödəniləcək vəsaitlə bağlı mübahisə yaranıb.

Bu zaman avtomobil ustası müştərisinə kəsici alətlə xəsarət yetirib. Xəstəxanaya aparılan E.İsmayılovun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi