Gəncədə avtomobil quyuya düşüb, ölən və yaralanan var

Gəncədə avtomobil quyuya düşüb, ölən və yaralanan var Gəncə şəhərində avtomobil qəzası baş verib.
Hadisə
25 May , 2020 23:36
Gəncədə avtomobil quyuya düşüb, ölən və yaralanan var
Foto: "Report"

Gəncə şəhərində avtomobil qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Atabəylər prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil sürücünün diqqətsizliyi nəticəsində qazıntı işləri aparılmış yol kənarındakı 10-15 metrlik dərin quyuya düşüb.

Qəza nəticəsində avtomobildə olan, 30 yaşlı Elmir Məmmədov və 35 yaşlı Fuad Rəcəbov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlardan F.Rəcəbovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi