Gəncə. 9 noyabr. REPORT.AZ/ Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə İmamzadə kompleksinə gedən yolda qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil dönmə əməliyyatı aparan zaman qarşısına çıxan piyada qadını vurub. Samux rayon sakini, 1968-ci il təvəllüdlü Zərifə İslam qızı Cəfərova zərbənin gücündən yol kənarındakı arxa düşüb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun ayağının sındığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.