Gəncədə avtomobil qadını vurub - YENİLƏNİB 

Gəncədə avtomobil qadını vurub - YENİLƏNİB  Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
3 İyul , 2021 23:13
Gəncədə avtomobil qadını vurub - YENİLƏNİB 

Gəncədə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyadanın şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yaralı 53 yaşlı Hicran Həsənovadır.

Qeyd edək ki, hadisə Şah İsmayıl Xətai prospektində, Füzuli parkının yaxınlığında qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

22:25

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şah İsmayıl Xətai prospektində, Füzuli parkının yaxınlığında qeydə alınıb.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən naməlum piyadanı vurub. Yaralı xəstəxanaya aparılıb.

Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi