Gəncədə avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

Gəncədə avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb Hadisə Nəriman Nərimanov prospektində baş verib
Hadisə
27 Yanvar , 2017 22:51
Gəncədə avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

Gəncə. 27 yanvar. REPORT.AZ/ Gəncə şəhərində avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Nəriman Nərimanov prospektində piyada yolu keçmək istəyərkən baş verib.

Vurulan şəxs 1974-cü il təvəllüdlü Kəlbəcər rayon sakini Çingiz Bağırovdur.

Yaralı ətrafdakıların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Hadisə şahidlərinin dediyinə görə, piyadanı "Mercedes-Benz" markalı avtomobil vurub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi