Gəncədə avtomobil maneəyə çırpılıb, qadın və onun qızı xəsarət alıb - YENİLƏNİB

Gəncədə avtomobil maneəyə çırpılıb, qadın və onun qızı xəsarət alıb - YENİLƏNİB Gəncə. 22 dekabr. REPORT.AZ/ Gəncə şəhərində avtomobil qəzası zamanı xəsarət alanların kimlikləri məlum olub.
Hadisə
22 Dekabr , 2018 10:27
Gəncədə avtomobil maneəyə çırpılıb, qadın və onun qızı xəsarət alıb - YENİLƏNİB

Gəncə. 22 dekabr. REPORT.AZ/ Gəncə şəhərində avtomobil qəzası zamanı xəsarət alanların kimlikləri məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq maneə çırpılması nəticəsində Yevlax şəhər sakini, 1968-ci il təvəllüdlü Kəmalə Babayeva və onun qızı, 1992-ci il təvəllüdlü Kəbutər Babayeva müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Sürücü və daha bir qadın sərnişinə isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


*** 21 dekabr, saat 22:40

Gəncə şəhərində ağır avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq dairəyə çırpılması nəticəsində sürücü3 sərnişin yaralanıb.

Hazırda qəza baş verən əraziyə "təcili tibbi yardım" briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Lənkəranda 5 ay əvvəl avtomobilini körpüdən aşıran sürücü yenidən qəza törədib.

Son xəbərlər

Orphus sistemi