Gəncədə avtomobil maneəyə çırpıldı, xəsarət alan var

Gəncədə avtomobil maneəyə çırpıldı, xəsarət alan var Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
8 Fevral , 2020 23:31
Gəncədə avtomobil maneəyə çırpıldı, xəsarət alan var
xəstəxana

Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində yerləşən şadlıq saraylarının birinin yaxınlığında qeydə alınıb.

İdarəetmədən çıxan minik avtomobili maneəyə çırpılıb. Qəza nəticəsində gənc oğlan (şəxsiyyəti dəqiqləşdirilir - red) ağır xəsarət alıb. O, əvvəlcə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, sonra özəl xəstəxanaların birinə aparılıb.

Qəzanın başvermə səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi