Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alan var

Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alan var Gəncə. 14 dekabr. REPORT.AZ/ Gəncə şəhərində avtomobil qəzası baş verib.
Hadisə
14 Dekabr , 2018 10:17
Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alan var
0 : 00
0 : 00

Gəncə. 14 dekabr. REPORT.AZ/ Gəncə şəhərində avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Cavid Beyfudov idarə etdiyi avtomobildən hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, C.Beybudov müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi