Gəncədə avtomobil 79 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Gəncədə avtomobil 79 yaşlı kişini vuraraq ağır xəsarət yetirib Gəncə. 3 avqust. REPORT.AZ/ Gəncədə yaşlı kişini avtomobil vurub.
Hadisə
3 Avqust , 2018 01:19
Gəncədə avtomobil 79 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Gəncə. 3 avqust. REPORT.AZ/ Gəncədə yaşlı kişini avtomobil vurub.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib.

Şəhər sakini Orxan Cəlilov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən 1939-cu il təvəllüdlü Rəşid Əli oğlu Həsənovu vurub. Sürücü ağır xəsarət alan yaşlı kişini özəl xəstəxanaların birinə aparıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən O.Cəlilov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi