Gəncə. 9 dekabr. REPORT.AZ/ Gəncə şəhərində yerləşən binalardan birinin önündə saxlanılmış avtomaşınların akkumulyatorları oğurlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, oğurluq faktı şəhərin 5-ci mikrorayonu ərazisində baş verib.
Oğurluq Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Qarayev Ramin Nəriman oğluna məxsus "VAZ-2106" markalı avtomaşından edilib. Araşdırma zamanı bir neçə gün əvvəl həmin ərazidə saxlanılmış daha bir avtomaşının da akkumulyatorunun oğurlandığı məlum olub.
Hər iki faktla bağlı araşdırma aparılır.