Gəncədə ahıl kişi yaşadığı binada intihar edib 

Gəncədə ahıl kişi yaşadığı binada intihar edib  Gəncə şəhərində intihar hadisəsi olub.
Hadisə
4973
25 İyul , 2020 08:11
Gəncədə ahıl kişi yaşadığı binada intihar edib 

Gəncə şəhərində intihar hadisəsi olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Gəncə şəhər sakini, 1936-cı il təvəllüdlü İbrahım Niftəliyev yaşadığı binanın 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. İlkin məlumatlara görə, hadisəyə ailədaxili münaqişə səbəb olub. Belə ki, mərhumun həyat yoldaşı, 1944-cü il təvəllüdlü Fatma Bağırova ilə mübahisə etdikdən və onu döydükdən sonra özünü binadan atdığı bildirilir. 

Qeyd edək ki, qadın müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi