Gəncədə 76 yaşlı kişini avtomobil vurub

Gəncədə 76 yaşlı kişini avtomobil vurub Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
5 Oktyabr , 2019 16:22
Gəncədə 76 yaşlı kişini avtomobil vurub

Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1943-cü il təvəllüdlü Ənvər Həsənovu avtomobil vurub. Xəsarət alan Ə.Həsənov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi