Gəncədə 70 yaşlı qadını maşın vurub

Gəncədə 70 yaşlı qadını maşın vurub O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
Hadisə
9 May , 2015 22:07
Gəncədə 70 yaşlı qadını maşın vurub

Bakı. 9 may. REPORT.AZ/ Bu gün axşam saatlarında Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, qəza Ozan küçəsində qeydə alınıb.

İlham Səmədovun idarə etdiyi "VAZ 21 07" markalı avtomobil yolu keçmək istəyən şəhər sakini 70 yaşlı Səmayə Mehdiyevanı vurub. Ağır bədən xəsarətləri alan qadın dərhal Gəncə şəhər TTYX-nın Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti ağrdır.

Faktla bağlı şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi