Gəncədə 70 yaşlı kişini avtomobilə vuraraq öldürməkdə şübhəli bilinənin şəxsiyyəti məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs 1995-ci il təvəllüdlü Orxan Nağıyevdir.
O, "VAZ" markalı avtomobillə 1957-ci il təvəllüdlü Bağırova Səlminaz və 1952-ci il təvəllüdlü Alim Məmmədovu vurub.
A. Məmmədov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.
O.Nağıyev artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Gəncə şəhərində mübahisə edən qonşuları ayırmağa çalışan kişini avtomobillə vurub öldürüblər.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərində qonşular arasında mübahisə düşüb. Bu zaman onları ayırmağa çalışan, 1952-ci il təvəllüdlü Alim Müslüm oğlu Babayevi mübahisə edən qonşulardan biri "VAZ" markalı avtomobillə vurub.
O, ağır xəsarətlərə xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib.
Qeyd edək ki, qonşular arasında düşən mübahisədə 1957-ci il təvəllüdlü S.Bağırova da müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Mübahisənin səbəbləri və hadisəni törətməkdə şübhəli bilinənin şəxsiyyəti hələ ki məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.