Gəncədə yerli sakin ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1951-ci il təvəllüdlü Füzuli Cəlilov benzinlə işləyən odun doğrayan aqreqata benzin tökərkən zaman damağında olan siqaret külü benzinə düşüb və yanğın olub.
O, bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.