Gəncə. 16 fevral. REPORT.AZ/ Gəncə şəhərində 66 yaşlı piyadanı avtomobil vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.
Belə ki, yolu keçmək istəyən Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Hamayıl Məmmədəli qızı Cəfərovanı "VAZ-2107" markalı avtomobil vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.