Gəncədə 6 yaşlı uşağı avtomobil vurub

Gəncədə 6 yaşlı uşağı avtomobil vurub Gəncə. 20 fevral. REPORT.AZ/ Gəncə şəhərində 6 yaşlı uşağı avtomobil vurub.
Hadisə
20 Fevral , 2019 18:58
Gəncədə 6 yaşlı uşağı avtomobil vurub

Gəncə. 20 fevral. REPORT.AZ/ Gəncə şəhərində 6 yaşlı uşağı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. 

Belə ki, avtomobil 2013-cü il təvəllüdlü Fərid Azər oğlu Məmmədovun sol ayağının üzərindən keçib.

Ağır xəsarət alan uşaq öncə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və ona sol ayağının sınığı diaqnozu qoyulub. F.Məmmədov daha sonra özəl xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi