Gəncədə 59 yaşlı kişi arvadını maşınla vurandan sonra intihara cəhd edib

Gəncədə 59 yaşlı kişi arvadını maşınla vurandan sonra intihara cəhd edib Gəncə şəhərində 59 yaşlı kişi həyat yoldaşına xəsarət yetirəndən sonra intihara cəhd edib.
Hadisə
3 Aprel , 2019 15:24
Gəncədə 59 yaşlı kişi arvadını maşınla vurandan sonra intihara cəhd edib

Gəncə şəhərində 59 yaşlı kişi həyat yoldaşına xəsarət yetirəndən sonra intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Məhsəti qəsəbəsində yaşayan, 1960-cı il təvəllüdlü Eldar İsmayıl oğlu Abbasov sirkə turşusu içərək intihara cəhd edib.

İlkin məlumata görə, hadisəyə səbəb onun öz həyat yoldaşı ilə mübahisə etməsi göstərilir.

Belə ki, 59 yaşlı E.Abbasov həyat yoldaşı, 1968-ci il təvəllüdlü Sevinc Əmir qızı Abbasovanın üzərinə VAZ markalı avtomaşını sürərək onu divara sıxıb və avtomobillə ona müxtəlif bədən xəsarətləri yetirib.

Daha sonra isə özünü zəhərləyərək intihara cəhd edib.

Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi