Gəncədə 58 yaşlı qadın qətlə yetirilib 

Gəncədə 58 yaşlı qadın qətlə yetirilib  Gəncədə qətl hadisəsi törədilib.
Hadisə
31 Avqust , 2021 21:33
Gəncədə 58 yaşlı qadın qətlə yetirilib 

Gəncədə qətl hadisəsi törədilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Kəpəz rayonunda yerləşən, 38 saylı hərbi şəhərcikdə baş verib.

Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Məmmədova Sücayət Əli qızı bıçaqla qətlə yetirilib.

Onun qonşusu, 1980-ci il təvəllüldü Əhmədova Məhəbbət Qədir qızı tərəfindən qətlə yetirilməsi şübhəli bilinir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi