​Gəncədə 55 yaşlı qadın intihara cəhd edib

​Gəncədə 55 yaşlı qadın intihara cəhd edib Qadın ailə münaqişəsi zəminində özünə qəsd edib
Hadisə
4 Avqust , 2016 08:45
​Gəncədə 55 yaşlı qadın intihara cəhd edib

Gəncə. 4 avqust. REPORT.AZ/ Bu gün səhər saatlarında Gəncədə intihara cəhd hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, şəhərin Atatürk prospekti, bina 6, ev 19-da yaşayan 1960-cı il təvəllüdlü Flora Davud qızı Hüseynova ağır zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə gətirilib.

Həkimlərin vaxtında müdaxiləsi nəticəsində 55 yaşlı qadının həyatını xilas etmək mümkün olub. İlkin məlumata görə, Flora Hüseynova ailə münaqişəsi zəminində özünə qəsd edərək, bir neçə adda dərmanı eyni vaxda qəbul edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi