Gəncədə 55 yaşlı qadın ağacdan yıxılaraq ağır xəsarət alıb

Gəncədə 55 yaşlı qadın ağacdan yıxılaraq ağır xəsarət alıb İsmayılova Şəfiqə ərik ağacından yıxılıb
Hadisə
15 İyun , 2017 23:48
Gəncədə 55 yaşlı qadın ağacdan yıxılaraq ağır xəsarət alıb

Gəncə. 15 iyun. REPORT.AZ/ Gəncə şəhərində 55 yaşlı qadın ehtiyatsızlıqdan ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü İsmayılova Şəfiqə Paşa qızı yaşadığı evin həyətyani sahəsindəki ərik ağacından yıxılaraq ağır xəsarət alıb.

O, yaxınları tərəfindən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ş.İsmayılovanın vəziyyətinin ağır olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi