Gəncə şəhərində qadın ehtiyatsızlıqdan xəsarət alıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, 1969-cu il təvəllüdlü Yasəmən Abbasova yaşadığı evdə üzərinə qaynar suyun dağılması nəticəsində yanıq xəsarətləri alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.