Gəncədə 5 avtomobil toqquşub, xəsarət alanlar var

Gəncədə 5 avtomobil toqquşub, xəsarət alanlar var Gəncə. 10 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində 5 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
10 Oktyabr , 2018 09:55
Gəncədə 5 avtomobil toqquşub, xəsarət alanlar var
Report
0 : 00
0 : 00

Gəncə. 10 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində 5 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Sadiq Rəhimov küçəsində qeydə alınıb. 

Belə ki, "VAZ-21015", "Mercedes",  "VAZ-2104" və iki "VAZ-2107" markalı avtomobillərin iştirakı ilə baş verən zəncirvari avtomobil qəzasında, 1974-cü il təvəllüdlü Atəş Firdus oğlu Quliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qəza zamanı daha iki nəfərin xəsarət aldığı və onlara hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadasının həkimləri tərəfindən ilkin tibbi yardımın göstərildiyi bildirilir. 

İlkin məlumatlara görə, qəzaya ərazidə hərəkətdə olan marşurut avtobusunun yol qaydalarını pozması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi