Gəncədə 5 avtomobil qəzaya uğrayıb, 4 nəfər xəsarət alıb 

Gəncədə 5 avtomobil qəzaya uğrayıb, 4 nəfər xəsarət alıb  Gəncədə 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
28 May , 2021 20:16
Gəncədə 5 avtomobil qəzaya uğrayıb, 4 nəfər xəsarət alıb 

Gəncədə 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. "VAZ-2107", "VAZ-21015", "Nissan", "VAZ-21099" və "GAC" markalı avtomobillərin iştirakı ilə baş vermiş zəncirvari avtomobil qəzasında 4 nəfər xəsarət alıb. Xəsarət alanlar 1983-cü il təvəllüdlü Ramin İsmayılov, 1983-cü il təvəllüdlü Ramiz İsmayılov, 1980-ci il təvəllüdlü Ramiz Qurbanov və 1985-ci il təvəllüdlü Çingiz Məmmədovdur. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi