Gəncədə 38 yaşlı kişi heroin satan zaman saxlanılıb

Gəncədə 38 yaşlı kişi heroin satan zaman saxlanılıb Gəncə. 11 oktyabr. REPORT.AZ/ Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşlarının Gəncədə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə satan şəxs saxlanılıb.
Hadisə
11 Oktyabr , 2018 20:26
Gəncədə 38 yaşlı kişi heroin satan zaman saxlanılıb

Gəncə. 11 oktyabr. REPORT.AZ/ Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşlarının Gəncədə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Anar Tağıyev 2 ədəd siqaretin gümüş falqasına bükülü, ümumi çəkisi 0.433 qram narkotik vasitə hesab olunan heroini şərti alıcıya satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı toplanan material araşdırma aparılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi