Gəncədə 31 yaşlı kişi intihara cəhd edib

Gəncədə 31 yaşlı kişi intihara cəhd edib Faktla bağlı araşdırma aparılır
Hadisə
4 Mart , 2017 16:15
Gəncədə 31 yaşlı kişi intihara cəhd edib

Gəncə. 4 mart. REPORT.AZ/ Gəncə şəhərində intihara cəhd hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Tağı Arani küçəsində, "Dubay bazarı"nın yaxınlığındakı yaşayış massivində qeydə alınıb. 

Belə ki, 1986-cı il təvəllüdlü Fariz Faiq oğlu Həsənov adlı şəhər sakini intihar məqsədi ilə elektrik dirəyinə çıxıb. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicələri və polis əməkdaşlarının müdaxiləsi nəticəsində fikrindən daşındırılıb və intiharın qarşısı alınıb.

O, intihara cəhd göstərməsinə səbəb kimi ailə münaqişəsi zəminində həyat yoldaşı və onun qohumları arasında yaranmış problemləri göstərib. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi