Gəncə şəhərində 31 ədəd aviabomba və 17 ədəd aviabombanın müxtəlif hissələri aşkar edilib.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, noyabrın 28-i saat 19:50-də
Agentliyin mütəxəssisləri və Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində təlim məqsədli 7 ədəd aviabomba (FAB-50PŞ) aşkar olunub, havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri 29 noyabr tarixində də davam etdirilib, nəticədə əlavə olaraq təlim məqsədli 24 ədəd aviabomba (FAB-50PŞ), 17 ədəd isə aviabombanın müxtəlif hissələri aşkar olunub.
Aşkar olunmuş obyektlər Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmış, ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilərək heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.












