Gəncə sakinini döyərək pulunu alan şəxslərin məhkəməsi başlayır

Gəncə sakinini döyərək pulunu alan şəxslərin məhkəməsi başlayır Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib
Hadisə
19 Dekabr , 2018 17:30
Gəncə sakinini döyərək pulunu alan şəxslərin məhkəməsi başlayır
0 : 00
0 : 00

Bakı. 19 dekabr. REPORT.AZ/ Gəncə şəhər sakinini döyərək quldurluq etməkdə təqsirləndirilən Vüsal Məmmədov, Ramazan Allahverdiyev və Röyal Səfərovun cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

"Report"un məlumatına görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, hadisə bu il iyunun 13-də Gəncə şəhəri ərazisində baş verib. Belə ki, 3 nəfər şəhər sakini Ceyhun Çıldırlını döyüb və daha sonra 170 manat pulunu və mobil telefonunu alıblar.

Kəpəz rayon Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri - Vüsal Məmmədov, Ramazan Allahverdiyev və Samux rayon sakini Röyal Səfərov saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi