Gəncə. 19 fevral. REPORT.AZ/ Gəncədə 3 avtomobilin toqquşması nəticəsində 1 bir nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Üzeyir Hacıbəyli küçəsində baş verib.
Hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobil idarə etmədən çıxaraq "VAZ -21011" markalı avtomobilə, daha sonra isə başqa bir "jiquli"yə çırpılıb. Qəza nəticəsində "VAZ -21011"in sürücüsü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.