Gəncədə 26 yaşlı gənc bıçaqlanıb

Gəncədə 26 yaşlı gənc bıçaqlanıb Hadisə axşam saatlarında baş verib
Hadisə
8 May , 2017 23:39
Gəncədə 26 yaşlı gənc bıçaqlanıb

Gəncə. 8 may. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Sevinc qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədov Nicat Mehman oğlu mübahisə zəmində bıçaqlanıb. Qarın nahiyəsindən 1 bıçaq yarası alan N.Məmmədov yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır.

Hadisənin kim tərəfindən törədildiyi və səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi