​Gəncə şəhərində 22 yaşlı şəxs bıçaqlanıb

​Gəncə şəhərində 22 yaşlı şəxs bıçaqlanıb Yaralının vəziyyəti ağırdır
Hadisə
4 Avqust , 2016 00:07
​Gəncə şəhərində 22 yaşlı şəxs bıçaqlanıb

Gəncə. 4 avqust. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından “Report”un Qərb bürosuna verilən məlumata görə, şəhərin Maxrasa Bağında yaşayan, 1994-cü il təvəllüdlü Asiman Məmmədov döş nahiyəsi və qarının daxilə nüfuz edən çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Dərhal əməliyyata alınan A.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı barədə isə hələ ki məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi