Gəncədə 22 yaşlı gənc intihara cəhd edib

Gəncədə 22 yaşlı gənc intihara cəhd edib Faktla bağlı araşdırma aparılır
Hadisə
1 İyun , 2017 19:30
Gəncədə 22 yaşlı gənc intihara cəhd edib

Gəncə. 1 iyun. REPORT.AZ/ Gəncə şəhərində 22 yaşlı gənc intihara cəhd edib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə günorta saatlarında Gəncə şəhəri, Nizami rayonu ərazisində baş verib. 

Bərdə rayon sakini olan, 1995-ci il təvəllüdlü Arif Elton oğlu Vəliyev kirayə yaşadığı evdə müxtəlif dərman preparatları içib. O, dostlarının köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilən A.Vəliyevin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi