Gəncədə 20 yaşlı gənc bıçaqlanıb

Gəncədə 20 yaşlı gənc bıçaqlanıb 1996-cı il təvəllüdlü Altun Hümbətov əl nahiyəsindən yaralanıb
Hadisə
2 İyul , 2016 01:20
Gəncədə 20 yaşlı gənc bıçaqlanıb

Bakı. 2 iyul. REPORT.AZ/ Gəncədə gənclər arasında dava qanlı hadisəylə nəticələnib. "Report"un məlumatına görə, hadisə iyulun 1-də, axşam saatlarında "Park Bulvar" ərazisində baş verib.

Belə ki hələlik bilinməyən səbəblər üzündən iki gənc arasında dava düşüb. Əlbəyaxa olmuş gənclərdən biri üzərindəki bıçağa əl atıb və onları aralamağa çalışan 1996-cı il təvəllüdlü Hümbətov Altunu əl nahiyəsindən yaralayıb.

Yaralı xəstəxanaya aparılıb və əməliyyat olunub. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi